Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Sağlam gələcəyimiz üçün” adlı aksiya keçirilib (FOTO, VİDEO)

Mərkəzi Neftçilər Xəstəxanasında 28 may - Respublika Gününə və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sağlam gələcəyimiz üçün” adlı aksiya keçirilib.

 

Aksiyada 1 nömrəli Ailə tipli kiçik qrup evinin uşaqları həkimlərimiz tərəfindən müayinə olunublar.

 

Aksiyanın məqsədi uşaqların tibbi müayinədən keçirilməsi, sağlamlığının dəyərləndirilməsi, ehtiyac yaranarsa müalicə ilə təmin edilməsidir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidməti

 

 

 

 

 

 

 

 

 

27/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->