Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanlı Professor "Oksford fəxri professoru" adına və "Rosa Parasels" mükafatına layiq görülüb (FOTO)

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmlər doktoru, professor Cəmilə Qurbanova Avropa Tibb Assosiasiyasının və Oksford Akademik Birliyinin birgə təsis etdiyi mükafata layiq görülüb.

 

Professor Cəmilə Qurbanova uzun müddətli elmi fəaliyyətinə, regional və qlobal sosial və tibbi problemlərin həllindəki roluna və tibb elminə verdiyi töhfələrə görə təltif edilib.

 

Professor Cəmilə Qurbanova dekabr ayında Oksford şəhərində və aprel ayında Londonda Oksford Akademik Birliyi və Lordlar palatasının ümumi qərarı əsasında mükafatlandırılıb.

 

Qeyd edək ki, Cəmilə Qurbanovaya tibb elminə verdiyi töhfələrə görə London şəhərində Oksford fəxri professor, tibbi xidmətin və səhiyyənin təşkilindəki modernizasiyaya görə isə Tibilisi şəhərində Rosa Parasels mükafatları təqdim edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

4/06/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->