Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi keçirilib (VİDEO)

Ürək xəstəliklərinin ən önəmli risk amili yaşdır. Belə ki, yaş artdıqca ürək-damar xəstəliklərinə məruzqalma riski də artır. Digər tərəfdən oturaq həyat tərzinə meyillilik, normadan çox qida qəbulu, piylənmə, stress, siqaret çəkmək, havanın çirklənməsi ürək xəstəliklərinin əmələ gəlməsi riskini artırır. Dünyada ürək xəstəliyi gəncləşib.

 

Bu sözləri “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində iştirak edən ABŞ-ın Klivlend Klinikasının kardioloqu Murat Tuzcu jurnalistlərə açıqlamasında deyib.

 

Mütəxəssisin sözlərinə görə, əgər 30-40 il əvvəl infarktla əlaqədar xəstəxanaya müraciət edən hər 3 nəfərdən biri vəfat edirdisə, indi 30 nəfərdən biri dünyasını dəyişir. Ürək xəstələrinin bir çoxu uzun müddət yaşayır.

 

ABŞ-ın Klivlend Klinikasının kardiocərrahı Bryus Litl Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlardan məlumatlı olduğunu bildirib. O, gələn ilin əvvəlindən etibarən ölkəmizdə icbari tibbi sığortanın tətbiqini yüksək qiymətləndirib.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

10/06/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->