Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qaxda "Stomatologiyanın aktual məsələləri” mövzusunda səyyar kurs keçirilir

Bir həftədir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları Qax rayon mərkəzi xəstəxanasında “Stomatologiyanın aktual məsələləri” mövzusunda səyyar kurslara başlayıb. Kursda Qax şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı ətraf bölgələrdən olan 31 həkim-stomatoloq iştirak edir.

 

Kursun əsas məqsədi müdavimləri stomatologiyanın aktual məsələləri ilə tanış etməklə yanaşı onların dişlərin və diş əti sağlamlığının qorunub saxlanmasına, ağız boşluğu xəstəliklərinin erkən aşkarlanmasına dair bilik və praktik bacarıqlarının təkmilləşdirilməsidir. Eyni zamanda, kursun iştirakçılarına dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti, hamiləlik, şəkərli diabet və ürək-damar xəstəliklərinin həmin patologiyaya təsiri barədə də məlumat verilir.

 

Səyyar stomatoloji kurs iyunun 14-də başa çatacaq.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/06/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->