Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Kəskin zəhərlənmələrin diaqnostika və müalicəsinə dair müasir yanaşmalar” regional tədris kursu keçirilib (FOTO)

10 iyun 2019-cu il tarıxində Mingəçevir şəhərində Azəri Toksikoloqlarıının Dərnəyi tərəfindən təşkil etdiyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibb Şurası qərarı ilə təsdiqlənmiş Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kəskin zəhərlənmələrin diaqnostika və müalicəsinə dair müasir yanaşmalar” regional tədris kursu keçirilib.

 

Azəri Toksikoloqlarıının Dərnəyi sədri tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev “Azərbaycanda kəskin zəhərlənmələrin epidemiologiyası”, “Antidot terapiyanın əsasları”, “Zəhərli heyvanların (ilan, əğrəb, qaraqurt) zəhəri intoksikasiyalar", “Zəhərli göbələklər və bitkilər ilə intoksikasiyalar”, “Yandırıcı məhlullarla və pestisidlərlə zəhərlənmələr” mövzusunda məruzlər ilə; Dərnəyin idarə heyətinin üzvü t.ü.f.d. İnci Bağırova "Alkoqol, narkotik maddələr və halüsinogenlərlə zəhərlənmələr", “Dəm və başqa toksiki qazlar ilə zəhərlənmələr” mövzusunda məruzlər ilə çıxış ediblər.

 

Tədris kursunda müxtəlif rayonlarından iştirak etmiş və onu müvəffəqiyyətlə bitirmiş 110 həkim-mütəxəssis Davamlı Tibbi Təhsil Proqramı üzrə 7 kredi balı qazanıblar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

 

12/06/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->