1 saylı Kliniki Tibbi Mərkəzdə 26 dializ aparatlı 2-ci Dializ şöbəsinin açılışı olub
Bu gün Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə 26 dializ aparatlı 2-ci Dializ şöbəsinin açılışı olub. 3 növbəli iş rejimi ilə çalışacaq şöbə gün ərzində təxminən 50 dializ xəstəsinə dövlət hesabına xidmət edəcək.
Mərkəz Almaniya istehsalı olan ən müasir avadanlıq və tibbi ləvazimatlarla tam təmin olunmuşdur.