Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Tibb mütəxəssislərinin sertifikasiya ilə bağlı maarifləndirilməsi” layihəsi uğurla başa çatdı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Səhiyyə Sektorunda İslahatlar Layihəsinin dəstəyi ilə Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası tərəfindən 2011-ci il aprel-iyul aylarında “Tibb mütəxəssislərinin sertifikasiya ilə bağlı maarifləndirilməsi” layihəsi həyata keçirilmişdir.  

 

Üç ay ərzində keçirilən və ölkənin bütün regionlarını əhatə edən təlimlərin məqsədi tibb mütəxəssislərinin sertifikasiya prosesi barədə məlumatlandırılması, onların suallarının yerindəcə cavablandırılması, hazırlıq üçün məsləhətlər verilməsi idi.

 

Səhiyyə müəssisələrində keçirilən təlimlərdə Assosiasiya tərəfindən hazırlanan və Səhiyyə Nazirliyi tərəfindən nəşr edilən sertifikasiya ilə bağlı kommunikasiya materialları (“Suallar və Cavablar”, “Sertifikasiyaya hazırlıq üçün tövsiyələr”, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası ilə bağlı normativ-hüquqi aktlar” və s.) iştirakçılar arasında paylanmışdır. Bununla yanaşı, Sertifikasiya Komissiyası tərəfindən hazırlanmış sertifikasiyaya hazırlıq üçün istifadə olunan ədəbiyyatların elektron forması iştirakçılara təqdim olunmuşdur. Layihə çərçivəsində bütün ölkə üzrə keçirilən 47 təlimdə 3000 səhiyyə mütəxəssisi iştirak etmişdir. 

 

25/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013