Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Brüssel şəhərində Avropa Qulaq-burun-boğaz və baş-boyun cərrahlığı konfederasiyasının konqresi keçirilib

Konqresdə Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti Avropa Qulaq-burun-boğaz və baş-boyun cərrahlığı konfederasiyasının tamhüquqlu üzvü seçilib.

 

Konqresdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli "Müğənnilərdə rast gəlinən səs problemləri və onlara yanaşma metodları" məruzəsi ilə çıxış edərək Avropa foneatrlarına Azərbaycan muğamının incəliklərindən danışıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

5/07/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->