Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şəki MRX-da könüllü qanvermə aksiyası keçirilmişdir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 27.07.2011-ci il tarixində Şəki  MRX-da könüllü qanvermə aksiyası keçirilmişdir.

 

Aksiya zamanı 145 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi yardımın təşkili şöbəsi

27/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013