Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

66 yaşlı qadın potensial ölümcül xəstəlikdən müalicə edilib (FOTO)

Beyin anevrizmaları çox təhlükəli patologiya olub, qanadıqları zaman xəstələrin 15%-i dünyasını dəyişir. Həyatda qalanların 50%-i isə müxtəlif dərəcədə nevroloji qüsurlar ilə həyatlarına davam edirlər. Ölçüsündən və yerləşməsindən asılı olmayaraq, hər bir anevrizma qanama ocağı ola bilər. İdeal müalicə kliplənmədir.

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 66 yaşında qadın pasiyentdə sol orta beyin arteriyası (MCA) bifurkasiyasında 7.5 mm anevrizma aşkar edildi. Endovaskulyar müalicəyə uyğun olmayan (boynu geniş) anevrizma neyrocərrah Azər Əkbərov tərəfindən açıq əməliyyat ilə klipləndi. Əməliyyatdan sonra heç bir ağırlaşma görülmədi və xəstə potensial ölümcül xəstəlikdən müalicə edildi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

17/07/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->