Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

65 yaşlı ana böyrəyini oğluna bağışladı

Böyrəkköçürmə əməliyyatı​ urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad ŞOLANın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində​ həyata keçirilib.

 

Uzun müddət xroniki böyrək çatışmazlığından əziyyət çəkən 37 yaşlı pasiyentə uğurla böyrək köçürülüb.

 

Köçürülmüş böyrək resipiyentin orqanizmi tərəfindən qəbul edilib və əməliyyatdan dərhal sonra fəaliyyət göstərməyə başlayıb.

 

Əməliyyatdan sonra əsas qayda əməliyyatdan sonra həkimin bütün tövsiyələrinə riayət etmək və böyrəyin orqanizm tərəfindən imtina edilməsinin qarşısını almaq üçün dərmanları qəbul etməkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

26/07/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->