Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Uğurlu neyrocərrahiyyə əməliyyatlarından sonra gənc sağlamlığına qovuşub

2011-ci ildə, xarici ölkədə pasiyentin 19 yaşı olarkən onurğa kanalında yerləşmiş 2 ədəd törəmədən yuxarıda yerləşəni çıxarılsa da, aşağıda yerləşən törəməyə toxunulmayıb.

 

Yeddi il sonra – 2018-ci ildə belində şiddətli ağrı, yerimənin və çanaq orqanlarının ləngimə tipli pozulması səbəbi ilə müraciət edən xəstənin MRT müayinəsində yuxarıda yer alan törəmənin təkrar inkişaf etməsi, aşağıda isə dəfələrlə böyüməsi aşkar edilib. Uzandıqda ağrıların ciddi artması səbəbi ilə xəstə oturaraq yatmaq məcburiyyətində qalıb.

 

Conus medullaris (aşağı ətraflara və çanaq orqanlarına gedən sinirlərin çıxdığı onurğa beyninin terminal hissəsi) onurğa beyninin həssas hissəsidir və bu nahiyənin əməliyyatları risklidir, təkrar əməliyyatlar isə daha da təhlükəlidir.

 

Yuxarıda yerləşən, conusu və burdan çıxan sinirləri saran törəmə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) neyrocərrahı Azər Əkbərov tərəfindən yeddi saatlıq əməliyyatla xaric edilib. Dörd ay sonra isə aşağıda yer alan törəmə çıxarılıb. Patoloji myxopapillary ependymoma raporlanıb. Əməliyyatdan sonra heç bir qüsur izlənilmədi və pasiyentin şikayətləri tam keçib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

16/08/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->