Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Tibb Universitetinin rəhbər şəxsləri yay məktəbində imtahanın gedişini izləyiblər (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbər şəxsləri yay məktəbində imtahanın gedişini izləyiblər.

 

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev, İmtahan Mərkəzinin icraçı direktoru Ülkər Cəfərova imtahan verən tələbələrlə söhbət edərək onların fikirlərini öyrəniblər.

 

Qeyd edək ki, ATU-da yay semestri (yay məktəbi) iyulun 15-dən başlayıb və avqustun 16-da işini yekunlaşdırıb. Məktəbi bitirən tələbələr bu gün - avqustun 19-da, həmçinin 21 və 23-də imtahan verəcəklər.

 

Yay məktəbinin təşkilində əsas məqsəd akademik borcları qalan tələbələrə bu borcları ləğv etmək imkanının yaradılmasıdır.

 

Bu il yay məktəbi tələbələrin istəyi ilə 10-dan çox fənn üzrə keçirilib.

 

Hər tələbəyə sualların cavablandırılması üçün 50 dəqiqə vaxt ayrılır. Ümumilikdə, bu il yay məktəbi üzrə 84 tələbə imtahan verəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

19/08/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->