Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Belə ki, 27.07.2011-ci il tarixində mamalıq-ginekologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 44 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərdən 41 (93%) nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları allerqologiya və otorinolaringologiya ixtisasları üzrə 03.08.2011-ci il tarixində keçiriləcək.