Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Kaliforniya Universitetinin mütəxəssisi ATU-nun qonağı olub (FOTO)

Kaliforniya Universitetinin Diş həkimliyi məktəbinin Təcrübə qruplarının rəhbəri Dr. Mitra Simanian Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. İmplantologiya ve kosmetik stomatologiya üzrə mütəxəssis M.Simanian əsasən ATU-nun Tədris Stomatoloji Klinikasının fəaliyyəti ilə tanış olub.

 

Görüşdə ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Alqış Səfərov qonağa rəhbərlik etdiyi müəssisənin işi haqqında geniş məlumat verdi. Qeyd etdi ki, ATU-nun ilk klinikası olan Stomatoloji Klinikası 138 kabinet və geniş monitorlarla təchiz olunmuş 3 mühazirə zalından ibarətdir. Stomatoloji klinikada 6 kafedradan və 9 şöbə fəaliyyət göstərir.

A.Səfərov burada tələbələrin təhsili və praktik bilgilər əldə etməsi üçün yaradılan şəraitlə qonağı tanış edib.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetdə təhsil xarici tələbələr haqqında məlumat verib. Qeyd edib ki, xarici tələbə sayına görə Azərbaycan Tibb Universiteti ölkəmizdə liderdir.

 

Kaliforniya Universitetinin Diş həkimliyi məktəbinin Təcrübə qruplarının rəhbəri Dr. Mitra Simanian qəbul üçün təşəkkürünü bildirib və ATU-nun Tədris Stomotoloji Klinikasında qonaq olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə ATU-nun stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov və ortopedik stomatologoya kefedrasının müdiri, professor Nazim Pənahov da iştirak ediblər.

 

Görüşdən sonra qonaq ATU-nun Tədris Stomatoloji Klinikası ilə tanış olub, kabinetləri gəzib, tədris-treyninq mərkəzini ziyarət edib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

13/09/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->