Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU nümayəndəsi Pakistan Universitetində Biokimya və Fiziki Kimya fənlərini tədris edib (FOTO)

Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının baş müəllimi Xəyalə Məmmədova Pakistanın Mohammad Ali Jinnah Universitetinin də Biokimya və Fiziki Kimya fənlərini tədris edib. X.Məmmədova 2 ay müddətində “Life Sciences” bölməsində çalışıb həmçinin sillabusların və kurs mövzularının hazırlanmasında iştirak edib.

 

Mohammad Ali Jinnah Universitetindəki fəaliyyəti dövründə ATU təmsilçisi həm də Bioinformatika ilə bağlı müəyyən tədqiqatlarda iştirak edərək yeni bilik və bacarıqlar əldə edib. Azərbaycanlı mütəxəssisin Universitetdəki fəaliyyəti yüksək qiymətləndirilib. Yerli media orqanları – televiziyalar və qəzetlərdə, o cümlədən sosial şəbəkələrdə X.Məmmədova ilə ingilis, urdu və sindi dillərində müsahibələr yayımlanıb. O, müsahibələrində Azərbaycan Tibb Universiteti, burdakı tədris və təlim sistemi haqqında danışıb, ATU-nun təbliğində töhfəsini verib.

 

Pakistanda olduğu müddətdə Xəyalə Məmmədova “Life Sciences” fakültəsinin təşkil etdiyi “Entrepreneurial Science-Serving Science” seminarının təşkilində yaxından iştirakına görə xüsusi sertifikatla təltif olunub.

 

Qeyd edək ki, Mohammad Ali Jinnah Universiteti Pakistanın aparıcı ali məktəblərindən biridir.

 

Pakistan İslam Respublikasının Yüksək Təhsil Komitəsi – (HEC) Mohammad Ali Jinnah Universitetini Sindh vilayətindəki ali məktəblər arasında ən yüksək reytinqə malik universitet kimi qiymətləndirib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

1/10/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->