Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidentlərin növbəti konfransı keçirilib (FOTO)

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) rezidentlərin növbəti konfransı keçirilib.

 

Konfransı giriş sözü ilə açan RMDM-in baş həkimi Könül Xəlilova bildirib ki, tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması olan rezidenturada təhsil alanlar üçün klinikada geniş imkanlar yaradılıb. Rezidentlər burada yüksəkixtisaslı həkimlərdən həm nəzəri biliklər, həm də təcrübə əldə edir, gələcəyin peşəkar həkimləri kimi yetişmələrində ilk addımlarını atırlar.

 

Keçirilən konfransın rezidentlərin peşəkarlığının artırılmasında önəmini vurğulayan K.Xəlilova sözü rezidentlərə verib.

 

“Açıq oval dəlik. Kriptogen insult”, “Renal transplantasiya xəstələrində əməliyyatsonrası ağciyər patologiyalarının radioloji dəyərləndirilməsi”, “Koxlear implantasiyalarda preoperativ radioloji dəyərləndirmədə rast gəlinən patologiyalar”, “Hiperaldosteronizm-Conn sindromu”, “Lupus ensefalitində radioloji görüntüləmə”, “İnfantil hipertrofik pilor stenozunun USM diaqnostikası”, “Hepatit C virusu: Seroloji və Molekulyar diaqnostika”, “Hamiləlik və uşaqlıq artımlarının burulması”, “Kounis sindromu”, “Uşaqlıq boşluğunda yad cisim”, “Anadangəlmə lobar emfizema”, “Serebral vaskulyar malformasiyalar”, “Pediatrik uroloji anomaliyalarda və patologiyalarda radioloji görüntüləmə”, “Fallo tetradasının total korreksiya əməliyyatından sonra rast gəlinən nonkardiak ağırlaşma”, “Travmalı xəstələrdə tibbi strategiya” kimi mövzularda təqdimatlar edilib.

 

Maraqlı suallar ətrafında fikir mübadiləsi aparılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

2/10/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->