Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda neonatologiyanın müasir problemlərinə həsr olunmuş iki günlük simpozium keçiriləcəkdir

23-24 oktyabr 2010-cu il tarixlərində Azərbaycanda neonatologiyanın müasir problemlərinə həsr olunmuş iki günlük simpozium keçiriləcəkdir.

 

Respublika Perenatal mərkəzdə təşkil olunacaq simpoziumda yerli mütəxəssislərlə yanaşı Amerikanın tanınmış alimi, Kolumbiya Universitetinin professoru, Nyu-York xəstəxanasının Neonotal və perenatal mərkəzinin direktoru cənab Ricard Polin və Gratz Tibb Universitetinin Neonatologiya kafedrasının dosenti Reinhold Kerbl da iştirak edəcək.

 

Qonaqlar geniş həkim auditoriyası qarşısında çıxış edəcək, öz təcrübələri və təbabətin müxtəlif sahələrindəki yeniliklərlə bölüşəcəklər.

 

Saat 10:00-da başlanacaq tədbir mətbuat üçün acıq olacaq.

 

Səhiyyə nazirliyi mətbuat xidmətinin məlumatı

25/11/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013