Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

7 oktyabr Beynəlxalq Həkimlər Günüdür

Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Bu günün başlıca mahiyyəti eyni əlifba - latın qrafikası ilə işləyən dünya həkimlərinin həmrəyliyidir.

 

Hər il həmin təşkilatın minlərlə həkimi müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparırlar. Hər il "Sərhədlərsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edirlər.

 

Bu həssas və xeyirxah peşə sahiblərinin kabinetdə və ya səhra şəraitində işləməsi onların xidmətlərini azaltmır, çünki onlar bütün hallarda cansağlığının qoruyucularıdır.

 

Həkimlik dünyanın ən qədim, ən humanist və çətin peşələrindən biridir. Yarandığı gündən bu peşəyə çox böyük hörmət və qiymət verilib. Hazırda bu sahədə çalışanlar indiyə qədər fəaliyyət göstərən həkimlərin bilik və bacarıqları əsasında əldə olunmuş uğurlardan istifadə edirlər.

 

Həkimlər və səhiyyə işçiləri öz peşə bayramları günü ilə əlaqədar olaraq müxtəlif maarifçilik tədbirləri - seminarlar, tibb peşəsi ilə əlaqədar mühazirələr, sərgi və təqdimatlar keçirirlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

7/10/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->