Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Narkoloji Mərkəzində görüş keçirilib (FOTO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin ilə görüş keçirilib.

 

Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçehri-Lalen qonaqları salamladıqdan sonra ölkəmizdə narkomaniyaya qarşı aparılan işlərdən məlumat verib. “Respublika Narkoloji Dispanseri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20.08.1986-cı il tarixli əmri əsasında yaradılıb. Səhiyyə Nazirliyinin 14 iyun 2011-ci il tarixli əmri ilə Respublika Narkoloji Dispanseri əsasında Respublika Narkoloji Mərkəzi yaradılıb”.

 

Professor Mişel Kazaçkin çıxışı zamanı qəbula görə təşəkkür edərək özü haqqında məlumat verib. Görüşdə M.Kazaçkin qeyd etdi ki, BMT-də 31 təşkilat var ki, onlar narkotik qəbul edən şəxslərin cinayətkar olmaması üzrə ümumi mövqe qəbul ediblər. “BMT-nin sosial istiqamətlərini araşdıranİnstitutları cəmiyyətdə narkotikdən istifadəyə görə nəzərdə tutulmuş cəzaların diskriminallaşdırılması üzrə vahid mövqe tuturlar”.

 

İnsanların narkotik istifadə etmələrinə görə cinayət məsuliyyətinə cəlb olunmamaları təcrübəsinin mövcudluğu cəmiyyətdə narkotiklərə olan meyilliliyin azalmasına gətirib çıxaran başlıca amil olduğunu bildirilib.

 

Azərbaycanda qeydiyyatda olan narkomanların metadon proqramına cəlb edilmələrinin çox səmərəli üsul olması da diqqətə çatdırılıb.

 

Sonda əlaqələrin daha sız inkişaf etdirilməsi üçün bu kimi görüşlərin tez-tez keçirilməsinin vacibliyi vurğulanıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

9/10/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->