Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Analitik Ekspertiza Mərkəzində İnyeksiya üçün birdəfəlik steril şprislərə dair standart üzrə iclas keçirilib

Azərbaycan Respublikasının standartlaşdırma sistemini təkmilləşdirmək, daxili və xarici bazarda rəqabətə davamlı tibbi avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən insanların həyat və sağlamlığının qorunmasının təmin etmək məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 7886-1:2017 “Sterile hypodermic syringes for single use — Part 1: Syringes for manual use” (Inyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər) beynəlxalq standartı əsasında işlənib hazırlanmış AZS 877: 2019 (ISO 7886-1: 2017) “Inyeksiya üçün birdəfəlik steril şprislər Hissə 1: Əl ilə istifadə üçün şprislər” dövlət standartı 27 sentyabr 2019-cu il tarixində qəbul edilmiş və 01.11.2019-cu il tarixindən qüvvəyə minmişdir.

 

Bu xüsusda Analitik Ekspertiza Mərkəzində (AEMPHŞ) noyabr ayının 18-də idxalçı şirkətlər üçün iclas təşkil edilib. İclasda AEM-in İdxal ekspertiza şöbəsinin müdiri və mütəxəssisləri tərəfindən yeni standart, inyeksiya üçün birdəfəlik steril şprislərin idxalı zamanı tələb olunan sənədlər toplusuna əlavə olunub sənədlər haqqında məlumat verilib, şirkət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

19/11/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->