Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Kliniki Tibbi Mərkəzdə tədbir keçirilib (FOTO)

Kliniki Tibbi Mərkəzdə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci il dönümü münasibəti ilə tədbir keçirilib.

 

Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri giriş şözü ilə xəstəxananın baş həkiminin müavini Səbinə Əhmədova açaraq Yeni Azərbaycan Partiyasının (YAP) cəmiyyətdəki rolundan söz açıb.

 

Kliniki Tibbi Mərkəz üzrə Yeni Azərbaycan Partiyasının sədri Azər Maqsudov isə tədbir iştirakçılarına tarixi faktlarla bağlı məlumat verib. O, Heydər Əliyevin tarixi missiyası barədə danışıb.

 

Daha sonra YAP Gənclər birliyinin sədri Jalə İbrahimova, gənclərə verilən dəstəyin ölkə siyasətinin əsas məsələsi olduğunu diqqətə çatdırıb.

 

Tədbirin sonunda videoçarx nümayiş etdirilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

22/11/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->