Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Perio & Caries beynəlxalq layihəsi Azərbaycan dilində tərtib edilib

Perio & Caries layihəsi Avropa Parodontologiya Federasiyası (EFP) və Avropa Kariyes Tədqiqat Təşkilatının (ORCA) birqə təşkilatçılığı ilə keçirilən Avropa Parodontologiya Qurultayında dişlərin kariyesi və parodont xəstəlikləri arasındakı vacib məqamlarının konsensus hesabatından ibarətdir.

 

Diş əti xəstəlikləri və dişlərin kariyesi ortaq genetik, etioloji və ekoloji amillərə malik olsalar da, müxtəlif trayektoriyalarla inkişaf edirlər. Bu layihəsinin məramı müəyyən edilən bu oxşarlıqların aşkar edilməsinə, hər bir xəstəliyin xüsusiyyətlərinin araşdırılmasına, hər iki hal üçün ayrı-ayrılıqda şəxslərə və ümumi əhali qruplarına profilaktik məsləhətlərin verilməsinə yönəldilib.

 

Perio & Caries layihəsinin mühüm nəticələri aşağıdakılardan ibarətdir:

 

• Həm kariyes, həm də parodont xəstəliyi ilə əlaqədar mikroorqanizmlər metabolik olaraq çox növlü, diş ərpləri kimi yüksək səviyyədə təşkil olunub.

 

• Bu xəstəliklərin inkişaf etməsi müxtəlif stress amillərinin yaratdığı çoxsaylı mikrobların təsiri ilə sıx əlaqədardır. Kariyes zamanı qida şəkərinin və orqanik turşuların fermentasiyası asidogen və turş maddələrin miqdarının artmasına səbəb olur. Gingivitlərdə isə, diş əti kənarında ərpin toplanması iltihaba və proteolitik və çox zaman anareob bakteriya növlərin yaranmasına səbəb olur.

 

 

• Parodont xəstəlikləri və kariyesə meyillikdə genetik amilin böyük rolunun olmasına dair güclü dəlillər mövcuddur və nisbi risk səviyyəsi 50% olaraq qiymətləndirilir.

 

• Bütün dünyada kariyesin və parodont xəstəliklərinin yayılma səviyyəsində azalma müşahidə olunsa da, əhali sayının artması ilə yanaşı ağızda mövcud dişlərin daha uzun müddət qalması bu xəstəliklərin daha da proqressivləşməsinə səbəb olur.

 

Parodont xəstəlikləri və kariyesin səbəblərini, risk və təsir amillərini, profilaktikasını və bu iki patologiyanın arasındakı əlaqənin vacib məqamlarını təhlil edən bu lahiyə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosentləri Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli, vitse-prezidenti Rəhim Qarayev və Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya kafedrasının assistenti, Cəmiyyətin lahiyələr koordinatoru, tibb üzrə fəlsəfə doktoru Hanife Musayeva tərəfindən stomatoloqlar, tibb mütəxəssisləri və ictimaiyyət üçün Azərbaycan dilinə tərcümə olunaraq tərtib edilib.

 

https://www.perio.az/periokaries

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

22/11/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->