Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AEM ilə Özbəkistan Respublikası Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi arasında memorandum imzalandı

Özbəkistan Respublikasından nümayəndə heyəti Azərbaycana işgüzar səfər edib. Səfər çərçivəsində Özbəkistan Respublikası Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin Elm və Təhsil şöbəsinin müdiri Dusmatov Əziz Fayzahmatoviç Analitik Ekspertiza Mərkəzində (AEM) olub və Mərkəzin direktoru Murad Süleymanov ilə görüş keçirib. Görüş zamanı aktual məsələlər müzakirə edilərək, əhəmiyyətli mövzular üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda iki qurum arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Memorandumun imzalanması əməkdaşlığın daha da genişlənməsinə və inkişaf etdirilməsinə güclü zəmin yaradacaq, ikitərəfli əlaqələrin bütün sahələrində olduğu kimi əczaçılıq sahəsində də öz töhfəsini verəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

9/12/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->