Səhiyyə naziri Oqtay Şirəliyev Niderland Krallığının Azərbaycanda səfiri Ayren Piter Uyterlindeni qəbul etmişdi
Bu gün Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri cənab Ayren Piter Uyterlindeni qəbul etmişdi.
Görüşdə Niderland Krallığı ilə Səhiyyə və Tibb elmi sahəsində əməkdaşlığa dair müzakirələr, həmçinin Niderlandın məşhur Philips şirkətinin regional ofisinin Azərbaycanda açılmasına dair müzakirələr aparıldı.