Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür (FOTO)

Bu gün Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi, əməkdaşları, Nazirliyin kollegiya üzvləri və tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.

 

Ziyarətçilər ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

 

Həmçinin 1 saylı Şəhər Klinik Xəstəxanasında da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümümmilli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb.

 

Fenomenal şəxsiyyət olan Heydər Əliyevin dünyanın nadir, unikal, seçilən siyasət adamı, Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən M.İbrahimova bildirib ki, Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.

 

Daha sonra KTM-in Həmkarlar İttifaqının sədri Almaz Hacıyeva, KTM-in YAP birliyin sədr müavini Rauf Cəfərquliyev, KTM-in YAP Gənclər birliyinin sədri Jalə İbrahimova və KTM-in YAP Gənclər birliyinin sədr müavini Əfsun Ənnağıyev Ulu Öndər Heydər Əliyev haqqında xoş xatirələrini və fikirlərini bölüşmüş, Unudulmaz Liderin gənclərə verilən dəstəyin ölkə siyasətinin priotitet məsələsi olduğunu diqqətə çatdırıblar.

 

Tədbirin sonunda videoçarx nümayiş etdirilib.

 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində də Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Mərkəzin əməkdaşları əvvəlcə bir dəqiqəlik sükutla unudulmaz lider Heydər Əliyevin ruhunu yad ediblər.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilməsi qeyd edilib. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub və ölkəmiz dünyada öz layiqli yerini tutması diqqətə çatdırılıb.

 

Daha sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi, təhlükəsizliyi və inkişafı uğrunda atdığı mühüm, həlledici addımlarını əks etdirən sənədli film nümayiş etdirilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

12/12/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->