Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Diaqnostika Mərkəzi Bakının Buzovna qəsəbəsində müayinə kampaniyası keçirib (FOTO)

Respublika Diaqnostika Mərkəzi (RDM) tərəfindən 14 saylı Birləşmiş Şəhər Xəstəxanasında müayinə kampaniyası keçirilib. Bu kampaniya sayəsində Mərdəkan, Binə və Buzovna qəsəbələrindən olan 150-yə yaxın sakin Respublika Diaqnostika Mərkəzinin təcrübəli həkimləri tərəfindən müayinə olunublar.

 

15 dekabr tarixində keçirilən kampaniya çərçivəsində müayinə olunan xeyli sayda insana müraciət etdiyi problemə əsasən nevropatoloq, pediatr, kardioloq, ginekoloq və ultrasəs müayinə mütəxəssisi tərəfindən ilkin diaqnoz qoyulub.

 

Kampaniyanı “RDM ilə sağlam yaşama vərdiş et!” şüarı ilə reallaşdıran Respublika Diaqnostika Mərkəzinin tibbi personalı beynəlxalq səviyyədə əldə edilmiş mükəmməl nəzəri biliklərə və ən zəngin təcrübəyə malik heyətdən ibarətdir.

 

Respublika Diaqnostika Mərkəzi bu tip aksiyaları davamlı olaraq həyata keçirəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı 

 

 

 

 

 

16/12/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->