Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elmi-Tibbi Şuranın növbəti iclası keçirilib (FOTO)

25 dekabr 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti iclası keçirilib.

 

Oqtay Seyidbəyovun sədrliyi ilə keçən iclasda Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov eləcə də Elmi-Tibbi Şuranın üzvləri iştirak ediblər.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Talassemiya Mərkəzinin eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2019-cu il üzrə illik hesabatı iclasın gündəliyinə daxil edilib.

 

Müvafiq qurumların rəhbərləri çıxış edərək 2019-cu il üzrə illik hesabatı iştirakçılara çatdırıblar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

 

 

 

25/12/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->