Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri  açıqlanıb.

 

Belə ki, 10.08.2011-ci il tarixində epidemiologiya  və gigiyena ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 43 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərdən 36(83%) nəfər uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları 17.08.2011-ci il tarixində ümumi cərrahiyə və anesteziologiya - reanimatologiya ixtisasları üzrə keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

12/08/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013