Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanlı cərrah dünyamiqyaslı konfransda iştirak edib (FOTO)

Respublika Diaqnostika Mərkəzinin (RDM) “Ürək-damar cərrahiyyəsi” şöbəsinin müdiri, ürək-damar cərrahı Anar Əmrah hər il olduğu kimi, bu il də dünyamiqyaslı konfransda iştirak edib. ABŞ-ın Nyu-York şəhərində “ABŞ-ın Ürək Cəmiyyəti”nin təşkilatçılığı ilə keçirilən konfransa 48 ölkədən 340 mütəxəssis qatılıb.

 

Qeyd edilməlidir ki, ürəyin işemik xəstəliyi və miokard infarkt dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklərdir. Bu səbəbdən konfransda dünyanın aparıcı mütəxəssisləri, ekspert və alimləri bu xəstəliklərlə (Aorto-koronar şuntlama (AKŞ) – “by-pass”) bağlı mövzularda məruzələrlə çıxış edib və müzakirə aparıblar.

 

Eyni zamanda ürək-damar cərrahları Anar Əmrah və Eldar Vəliyev Nyu-York şəhərində yerləşən Mount Sinai Xəstəxanasının Ürək mərkəzində on gün boyunca əməliyyatlarda iştirak ediblər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

27/12/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->