Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Analitik Ekspertiza Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsi və həmin hadisədə müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlər ehtiramla yad edilib.

 

Bununla əlaqədar olaraq mərkəzin akt zalında toplaşan Analitik Ekspertiza Mərkəzinin əməkdaşları bir dəqiqəlik sükutla şəhidlərin ruhunu yad ediblər.

 

Tədbirdə 20 Yanvar faciəsinin Azərbaycan tarixində təkcə faciə yox, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olması ilə bağlı fikirlər səsləndirilib.

 

Sonda Ulu Öndər Heydər Əliyevin bu yolda atdığı mühüm, həlledici addımlarını, bu uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu əks etdirən sənədli film nümayiş etdirilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

17/01/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->