Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2 nömrəli Bakı Baza Tibb Kollecində 20 yanvar şəhidlərinin əziz xatirəsi yad edilib (FOTO)

2 nömrəli Bakı Baza Tibb Kollecində 20 yanvar faciəsinin 30-cu il dönümü ilə bağlı “Qanlı yanvar” şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq 20 yanvar faciəsindən danışıb: “Bu dəhşətli faciədən 30 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə şəhidlərə borcluyuq.”

 

Sonra kollecin kitabxana müdiri Naibə Heydərova Azərbaycan xalqının şanlı tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən söz açaraq bu günün tariximizdəki yerindən danışıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

17/01/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->