Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Məsləhətləşmə qrupunun” toplantısı keçirilib (FOTO)

Akad. C Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya “Məsləhətləşmə qrupunun” toplantısı keçirilib.

 

Toplantıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin müdiri Şahin Xasiyev, Respublikanın baş kardioloqu Yusif Nağıyev və başqaları iştirak ediblər.

 

Görüşü giriş sözü ilə açan t.e.d Gülnaz Dadaşova “Azərbaycanda ürək-damar xəstəliklərinin mövcud vəziyyəti” ilə bağlı məlumat verib.

 

ÜST-ün Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı isə “İlkin səhiyyə üzrə nümayiş layihəsi” barədə danışıb.

 

Daha sonra Türkiyənin Marmara Üniversitesindən dəvət olunan Dr.Çağrı Kalaça “Onlayn təlim proqramının təqdimatı” barəsində çıxış edərək mövzu barədə hazırladığı video çarxı iştirakçılara nümayış etdirib.

 

Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılaraq, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

23/01/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->