Anesteziologiya - reanimotologiya və ümumi cərrahiyyə ixtisasları üzrə imtahanın nəticələri acıqlanıb

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.
Belə ki, 17.08.2011-ci il tarixində anesteziologiya - reanimotologiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 56 həkim imtahan vermişdir. İmtahanlarda iştirak edən həkimlərdən 41(91%) nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları nefrologiya və terapiya ixtisasları üzrə 24.08.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
18/08/2011