Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə könüllüləri yarışda iştirak ediblər (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı təşkil olunan Gənclər gününə həsr olunmuş Səhiyyə Nazirliyi könüllüləri və digər 12 dövlət qurumunda fəaliyyət göstərən könüllülərlə birgə Xəmsə tipli intellektual yarış keçirilib. Yarışda Səhiyyə Nazirliyinin könüllüləri uğurla çıxış ediblər.

 

Yarışdan öncə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova qeyd edib ki, tədbirin əsas məqsədi könüllülərin qarşılıqlı fəaliyyətini təmin etmək və gənclər arasında koordinasiyanın təşkilidir.

 

Yekunda qalib komandalar təşkilatçılar tərəfindən kubok və medallarla təltif olunub.

 

Eyni zamanda 2 Fevral Azərbaycan Gənclər günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşkil etdiyi tədbir ilə əlaqədar Səhiyyə Nazirliyi könüllüləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

3/02/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->