Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Cin Xalq Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüş olmuşdur

24.08.2011-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Cin Xalq Respublikasının səhiyyə nazirinin müavini prof. Nuanq Jiefin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

O.Şirəliyev qonaqları səmimi salamlayaraq onların ölkəmizə səfərlərindən məmnunluq duyduğunu bildirdi.  

Görüş zamanı nazir Cinin qədim və qüdrətli bir ölkə kimi səhiyyə sahəsinin də qədim köklərə və hərtərəfli inkişafa malik olduğunu bildirdirmişdir. Hələ 2008-ci ildə Cində olarkən Cin səhiyyəsinin iki istiqamətdə Avropa və ənənəvi Cin Təbabəti istiqamətində inkişafını müşahidə etdiyini nəzərə çatdıran O.Şirəliyev hər iki istiqamətdə gözəçarpan nailiyyətlərin əldə olunduğunu vurğulamışdır. Təsadüfi deyil ki, UST-un Baş Katibi kimi məsuliyyətli vəzifə cinli xanım Marqaret Cana həvalə olunmuşdur.  Marqaret Canın namizədliyini məmnuniyyətlə dəstəkləyən ölkələrdən biri də Azərbaycanın olduğunu qeyd edən O.Şirəliyev bu günə kimi xanım Marqaret Canla səmimi dost münasibətlərində olduqlarını bildirdi və bu dostluğun nümunəsi kimi baş katibin ölkəmizə səfərini xatırlatdı.

 

Nazir həmçinin bildimişdir ki, ölkə rəhbərləri səviyyəsində ölkələrimiz arasında olan daimi  dostluğun həm də səhiyyə sahəsində inkişafı çox arzuolunandır.

 

Cin səhiyyəsinin bütün sahələri kimi əczaçılıq sahəsinə böyük diqqət və nəzarət var və orada demək olar ki, bu sahədə neqativ hallara rast gəlinmədiyini bildirən səhiyyə naziri Oqtay Şirəliyev  Cin səhiyyəsinin təcrübəsindən ölkəmizdə  istifadə olunmasının tərəfdarı olduğunu qeyd etmişdir.

 

Ölkəsinin ünvanına söylənən xoş sözlərə və səmimi qarşılanmaya görə minnətdarlığını bildirən prof. Nuanq Jiefin də öz növbəsində ilk dəfə olduqları Azərbaycanın onlara çox böyük təsurat bağışladığını qeyd etdi. Qısa müddət olmasına baxmayaraq Azərbaycanda bütün sahələrində sürətlə gedən islahatlardan, istər dövlət istərsə də özəl səhiyyə sektorundakı hazırkı inkişafdan xəbərdar olduqlarını vurğuladı. Nuanq Jief də ölkəsinin daim inkişafda olan Azərbaycan səhiyyə təcrübəsindən yararlanması arzusunda olduğunu dilə gətirdi və bunun üçün də qısa vaxt ərzində xüsusi tərəfdaşlıq planın hazırlanacağını nəzərə çatdırdı.

 

Görüşün sonunda qonaqlar nazir Oqtay Şirəliyevə Cin Səhiyyə nazirinin ölkələrinə dəvətini çatdırdılar.

 

Məlumat üçün qeyd edək ki, Cin Xalq Respublikası nümayəndə heyətinin Azərbaycana səfəri 27 avqust tarixlərinə kimi davam edəcəkdir və bu ərəfələrdə qonaqların bir sıra tibb müəssisələrində olması nəzərdə tutulub.

24/08/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013