Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tireodologiyada yeniliklər mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Bakıda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) , Avropa Tireodologiya Assosiasiyası, Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosasiyasının təşkilatçılıgı ilə "Tireodologiyada yeniliklər" mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

Konfransda Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək-Salek Qənnadi “Azərbaycan Respublikasında tiroid vəzinin xəstəliklərinin probleminə dair”, professor Goerge Kahaly (Almaniya) “Tiroid vəzinin və autoimmun xəstəliklərin qarşılıqlı əlaqəsi”, professor Əziz Əliyev (Azərbaycan) “Azərbaycan Respublikasında tiroid xərçəngi probleminin vəziyyəti haqqında” mövzusunda məruzə edib.

 

ADHTİ-da terapiya kafedrasının müdiri, tibb elmləri doktoru Valeh Mirzəzadə və asistenti Aygün Hüseynovanın “Dünyada və Azərbaycanda tireodologiya tarixi” mövzusunda çıxışı konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Professor Cris Poppe (Belçika) “Tiroid vəzinin və qadın sonsuzluğu”, professor Petros Perros (İngiltərə) “Subklinik tiroid disfunksiyası və təsadüfən tiroid nodülləri” və tibb üzrə fəlsəfə doktoru Səbinə Orucova “Hipertireoz sindromu” mövzusunda məruzə ediblər.

 

Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

18/02/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->