Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qazaxıstanda erkən uşaqlıq dövründə patronaj xidmətlərinin təkmilləşdirilməsi sahəsində seminar təşkil olunub (FOTO)

17-21 fevral tarixlərində Qazaxıstan Respublikasının Kızıl Orda vilayəti və Nur-Sultan şəhərlərində uşaqlıq dövründə patronaj xidmətlərinin təkmilləşdirilməsi mövzusunda təcrübə mübadiləsi həyata keçirilir.

 

Tədbirin keçirilməsində məqsəd uşaqlıq dövründə patronaj xidmətlərinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

 

UNICEF-in təşkilatçılığı ilə keçirilən təcrübə mübadiləsində ölkəmizi Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris-Tərbiyə işləri üzrə direktor müavini Vəfa Əliyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri təmsil edirlər.

 

Keçirilən görüşlər zamanı uşaqlıq dövründə patronaj xidmətlərinin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

İştirakçılar Baza Tibb Kolleci, Vilayət Xəstəxanası, poliklinika və tibb məntəqələrini gəzərək yaradılan şərait və treninq mərkəzləri ilə tanış olublar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

20/02/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->