Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Ağır travmatoloji xəstələrə yanaşma və travmatik şok” mövzusunda seminar keçirilib (FOTO)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Travmatologiya və ortopediya, Reanimatologiya-anesteziologiya və intensiv terapiya şöbələrinin birgə təşəbbüsü ilə “Ağır travmatoloji xəstələrə yanaşma və travmatik şok” mövzusunda seminar keçirilib. Travmatologiya və ortopediya şöbəsinin müdiri Cəfər Nəsirli, Reanimatologiya-anesteziologiya və intensiv terapiya şöbələsinin müdiri Cavid Paşayev çıxış edərək müştərək seminarın keçirilməsinin vacibliyinə toxunub və mövzu ətrafında aparılacaq müzakirələrin iştirakçılar üçün faydalı olacağını vurğulayıblar.

 

Sonra zidentlərdən Kənan Quliyev və Aişə Yolçuzadə mövzu ətrafında çıxışlar edib. Onlar çıxışlarında travmatik xəstələrin müayinə və müalicəsi, ilkin tibbi yardımın necə göstərilməsi, travmatik şokun mərhələləri və s. ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat veriblər.

 

Seminar geniş diskusiya və sual-cavablar ilə işini yekunlaşdırıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

25/02/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->