Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU təmsilçisi ictimai səhiyyəyə aid beynəlxalq seminarda iştirak edib (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) ictimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev Lyublyana şəhərində (Sloveniya) keçirilən seminarda iştirak edib. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional ofisinin təşkil etdiyi toplantı ictimai səhiyyə və ilkin səhiyyə xidmətlərinin regiona inteqrasiyası ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub.

 

A.Ağayevin sözlərinə görə, görüşün əsas məqsədi ilkin tibbi yardım sistemini yeni tətbiq etməyə başlayan yaxud bu dəyişikliyin astanasında olan üzv ölkələr üçün təhsil platformasının yaradılmasıdır. Tədbirdə ictimai səhiyyə və ilkin tibbi yardım üzrə ekspertlər milli səviyyədə yarana biləcək problemlərin həlli ilə bağlı müzakirələr aparıblar.

 

İnteraktiv seminar formatında keçirilən tədbirdə 30-a yaxın nümayəndə iştirak edib. Seminarda Azərbaycandan ATU ilə yanaşı, ÜST-nin ölkə üzrə nümayəndəsi Hande Harmançı, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “TƏBİB”, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təmsilçiləri qatılıblar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

2/03/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->