Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyena və Epidemiologiya Mərkəzinin 2010-cu il üçün 9 aylıq məlumatı

2010-cu ilin 9 ayı ərzində respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 10044 yeyinti məhsulu nümunəsi orqanoleptik və fiziki-kimyəvi, 6883 nümunə mikrobioloji, 2057 nümunə toksikoloji, 254 nümunə radioloji göstəricilərinə görə laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 128-də orqanoleptik və fiziki-kimyəvi, 143-də mikrobioloji, 14-də toksikoloji göstəricilərinə görə normalardan kənara çıxma halları müəyyən olunmuşdur. Şadlıq evlərindən götürülmüş 39215 yaxma nümunəsinin 870-də, 1161 soyuq qəlyanaltı nümunəsinin 18-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Cari ilin 9 ayı ərzində respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 1042 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 635 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 427 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

2010-cu ilin 9 ayı ərzində əhali arasında 511 qida zəhərlənməsi hadisəsi baş vermiş, 582 nəfər zərərçəkən, o cümlədən 11 botulizm hadisəsi baş vermiş, 25 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

25/11/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013