Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işləri davam edir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2011-ci il avqustun 1-dən başlayaraq, Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) aparılır.

 

Avqustda Bakının Xəzər, Qaradağ rayonlarında, Abşeron rayonunda, Lənkəranda, Astarada, Qubada, Qusarda, Kürdəmirdə, Ucarda, Bərdədə, Tərtərdə, Ağdaşda, Göyçayda, Mingəçevirdə, Zaqatalada, Balakəndə, Tovuzda, Qazaxda sorğu işləri tamamlanıb. Bakının Suraxanı rayonunda, Abşeronun Sabunçu rayonunda, Xaçmazda, Ağdamda, Sabirabadda, Şəkidə, Ağstafada tədqiqat davam etdirilir. Sentyabr ayı üzrə növbəti günlərdə isə Bakının Nəsimi, Xətai, Nərimanov, Binəqədi rayonları, Abşeronun Yasamal rayonunda, eləcə də Gəncə, Sumqayıt, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Siyəzən, Şabran, Xızı, Hacıqabul, Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Füzuli, Yevlax, Qax, Oğuz, İsmayıllı, Qəbələ, Şəmkir, Gədəbəy və Daşkəsəndə sorğuya başlanılacaq. Sorğunu 10 qrup olmaqla, supervayzerlər və intervüyerlər aparırlar.

 

Oktyabrın sonuna kimi davam etdirilməsi nəzərdə tutulan DSS Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edir. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib.

 

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məlumatı

 

 

1/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013