Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Sistemində Kadr mütəxəssisləri üçün təlimlər keçirilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Səhiyyə Sistemində Kadr mütəxəssisləri üçün təlimlər keçirilir.

 

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə, Dünya Bankının dəstəyilə təşkil edilən təlimlərin keçirilməsində məqsəd iştirakçıları səhiyyə sistemində kadr işinin aparılması ilə bağlı yeniliklərlə tanış etməkdir.

 

Respublikanın tibb müəssisələrinin kadrlar üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən təlimlər zamanı mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılacaq və kadr mütəxəssisləri biliklərin artırılması məqsədilə məlumatlandırılacaqlar.

 

Təlimlər sentyabrın 19-na kimi davam edəcək.  

 

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məlumatı

 

2/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013