Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub

Bugünkü ilkin məlumata görə Azərbaycanda daha 41 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Bu barədə bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

 

İ.Məmmədov qeyd edib ki, onlardan 8-nin vəziyyəti ağır, 11-nin orta ağır qiymətləndirilir.

 

Onun sözlərinə görə, hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

 

 

2/04/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->