Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Diaqnostika Mərkəzi talassemiya ilə mübarizə aparan uşaqlar üçün qanvermə aksiyasına qoşulur

Respublika Diaqnostika Mərkəzi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə klinikanın daxili Qan Təchizatı Şöbəsinin və özəl Qan Bankının mövcudluğunu əsas gətirərək, qan vermək üçün Respublika Talassemiya Mərkəzinə rəsmi şəkildə müraciət edib.

 

"Talassemiyasız həyat naminə" şüarını əsas götürərək, bu xəstəliklə mübarizə aparan pasiyentlər üçün çalışan Respublika Talassemiya Mərkəzinə göndərilən rəsmi müraciətdə Koronavirus pandemiyasının bütün dünyada sürətlə yayıldığı bir dönəmdə bu infeksiyaya immuniteti zəif və qanı normadan xeyli aşağı olan insanların daha tez yoluxma ehtimalının olmasını və talassemiya ilə mübarizə aparan uşaqların əsas risk qrupuna aid olduqlarını nəzərə alaraq, növbəti həftə klinikanın tibbi personalının və bütün əməkdaşlarının qanvermə aksiyasında iştirak etmək niyyətində olduğu açıqlanıb.

 

Qanvermə aksiyasının RDM-in daxilində həyata keçirilməsi üçün Qan Təchizatı Şöbəsinin və özəl Qan Bankının mövcud olması, həmçinin qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirlərinin təşkil olunacağı qeyd olunub. Müraciətdə həmçinin qanın götürülməsi, qablaşdırılması, çatdırılması və bununla bağlı bütün prosedurların düzgün, operativ şəkildə tətbiq olunmasını təmin etmək üçün Talassemiya Mərkəzindən bir əməkdaşın koordinator kimi ayrılması üçün göstəriş verilməsi ilə bağlı qeyd də yer alıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

12/04/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->