Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“e-Əmr” sistemi tətbiq olunur

1 Sentyabr  2011-ci il tarixindən etibarən Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən tibb müəssisələrinin kadrlar şöbələrinin işinin təkmilləşdirilməsi məqsədilə yaradılmış “Elektron Əmrlər” (E-Əmr) proqram təminatı üzrə treninqlərə start verilmişdir.

 

Yeni proqramın tətbiqi sahəsində səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılaraq vahid informasiya bazasında cəmləşdiriləcək və mövcud sistemlərlə inteqrasiya olunacaq. Məsələn “e-Əmr” proqram təminatının müsbət cəhətinin biri onun bilavasitə tibb işçilərinin vahid registri ilə əlaqəli işləməsidir. Sistemdə qeyd olunmuş e-Əmrlər “Tibb işçilərinin vahid elektron registri”ndə avtomatik olaraq əmri verilən şəxsin məlumatlarında öz əksini tapır. Proqram təminatı 1 Yanvar 2012-ci ildən istifadəyə verilməsi nəzərdə tutulub.

 

Treninqə Bakı və regionlardan tibb müəssisələrinin mütəxəssisləri dəvət olunmuşdur.

 

Qeyd edək ki, “E-Əmr” mövzusunda treninqindən əlavə, Sertifikasiya Komisiyasının da insan resurslarına həsr edilmiş təqdimatları təşkil edilmişdir. Bu təqdimatların məqsədi kadr mütəxəssislərinin iş prosesinin daha da təkmilləşdirilməsi və iştirakçıların səhiyyə sistemində kadr işinin aparılması ilə bağlı yeniliklərlə tanış edilməsinə xidmət edir.

 

Treninqlər 19 Sentyabr tarixinədək davam edəcəkdir.

 

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin məlumatı

6/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013