Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi işi davam etdirilir

5-20 sentyabr tarixlərində Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Belarusiyanın Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri azərbaycanlı müdavimlər üçün elmi - praktiki seminarlar,master-klasslar və mühazirələr keçəcəklər.

 

Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin bazasında təşkil olunacaq təlimlər kardiocərrahiyənin aktual məsələlərinə həsr olunacaq.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

7/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013