Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qastroenterologiya üzrə elmi-praktiki kurslar keçirilir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə sentyabr ayında start verilib.

 

Belə ki, akademiyanın professura və  dosent heyəti tərəfindən 6-28 sentyabr 2011-ci il tarixlərində Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunda azərbaycanlı müdavimlər üçün qastroenterologiya üzrə elmi-praktiki kurslar keçiriləcək.

 

Kurslara Bakı və bölgələrdə çalışan mütəxəssislər cəlb edilib.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

9/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013