Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.

 

Belə ki, 07.09.2011-ci il tarixində pediatriya və ftiziatriya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 117 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 108 (93%) nəfər uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları şüa terapiyası və laboratoriya işi ixtisasları üzrə 14.09.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

9/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013