Gənc mütəxəssislər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış saziş çərçivəsində endoskopiya, kardiologiya, uşaq kardiologiyası, neonatologiya, akuşer –genikologiya, nefrologiya ixtisasları üzrə Bakıda təkmilləşdirilmə kursları təşkil ediləcək.
Bu kurslarda iştirak etmək istəyən (Bakı və bölgələr üzrə) mütəxəssislər 25 sentyabr 2011-ci il tarixinədək saat 15:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə (246 nömrəli otaq) müraciət edə bilərlər.